10.04.2021
Hidayət Lətif oğlu Göyüşov - 1960-cı il yanvarın 3-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olub.
1977-ci ildə Kəpənəkçi kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib.
1982-ci ildən 1986-cı ilədək təyinatla Azərbaycanın Lənkəran rayonunda ixtisası üzrə riyaziyyat müəllimi işləyib.
1986-cı ildə doğma Kəpənəkçi kəndinə qayıdıb. Elə o vaxtdan da hal-hazıradək doğma kəndindəki 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyir.
1991-ci ildən 1994-cü ilədək 2 saylı Kəpənəkçi kənd orta məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1994-cü ildən isə hal-hazıradək həmin məktəbin direktorudur.
Bir neçə dəfə Kəpənəkçi kənd bələdiyyəsinin (sakrebulo) və Bolnisi rayon bələdiyyəsinin (sakrebulo) üzvü seçilib, komissiya sədri kimi fəaliyyət göstərib.
Kəpənəkçi kəndində baş müəllim statusu alan ilk müəllimdir (2019-cu ildən).
Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının idarə heyətinin üzvüdür.
Ailəlidir. İki qızı, bir oğlu və beş nəvəsi var.