10.04.2021
Ziyadxan Müslüm oğlu Sərdarov 1953-cü ildə Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1970-ci ildə Kəpənəkçi orta məktəbi, ADU-nun kimya (1975) və filologiya fakültələrini (1983) bitirib.
2003-2008-ci illərdə 1 saylı Kəpənəkçi orta məktəbdə tədris hissə müdiri, 2008-ci ildən Tiflisdə Qafqaz Humanitar Universitetində müəllim işləyib.
2007-ci ildə “Bu qanlı fələkdən şikayətim var” adlı ilk şeirlər kitabı çap olunub.
2012-ci ildə Gürcüstan dövləti tərəfindən “ŞƏRƏF” ordeni ilə təltif edilib.
Hazırda 1 saylı Kəpənəkçi orta məktəbinin direktorudur.
Üç oğlu, dörd nəvəsi var.