22.04.2021
Zəlimxan Süleyman oğlu Nənəcənov 1 sentyabr 1952-ci ildə Kəpənəkçi kəndində anadan olmuşdur.
Zəlimxan müəllim 1961-ci ildə öz doğma kəndində 1-ci sinfə qəbul olunmuş və 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
1979-cu ildən bu günədək öz doğma məktəbində, Kəpənəkçi kənd 2 saylı ictimai məktəbdində çalışaraq gələcəyimizin qarantı olan uşaqlarımızın təlim-tərbiyyəsi ilə məşğuldur.