22.04.2021
İsmayıl Mahmud oğlu Ömərov 14 fevral 1958-ci ildə Kəpənəkçi kəndində kolxozçu ailəsində anadan olmuşdur. İsmayıl müəllim 1965-ci ildə doğma kəndi Kəpənəkçidə 1-ci sinfə qəbul edilmiş və 1975-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin il o vaxtkı Lenin adına Azərbaycan Pedeqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. O, 1979-cu ildə İnstitutu bitirərək təyinatla Azərbaycan Respublikasında, Qəbələ rayonunda müəllimlik fəaliyyətinə başlamışdır. Bir il sonra həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
İsmayıl müəllim 1985-ci ildən öz doğma kəndi Kəpənəkçiyə qayıdaraq 2 saylı ictimai məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.
Ailəlidir, iki övladı və iki nəvəsi var.