22.04.2021
Zəlimxan Yusif oğlu Buludov 6 yanvar 1955-ci ildə Kəpənəkçi kəndində anadan olmuşdur.
Zəlimxan müəllim 1962-ci ildə öz doğma kəndində 1-ci sinfə qəbul olunmuş və 1972-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedeqoji İnstitutuna daxil olmuş və O, 1976-cı ildə İnstitutu bitirərək təyinatla Azərbaycan Respublikasında, Zaqatala rayonunu, Əliabad Beynəlmiləl orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Bir il müddətində həmin məktəbdə riyaziyyat fənnini tədris etmişdir.
Zəlimxan müəllim 1977-ci ildən etibarən öz doğma kəndi Kəpənəkçiyə qayıdaraq 2 saylı ictimai məktəbdə müəllimlik fəaliyyətini davam etdirir. Müxtəlif illərdə tədris işləri üzrə direktor müavini, təşkilatçı vəzifələrində çalışmışdır.
Ailəlidir, bir oğlu və iki qızı, 5 nəvəsi var.