22.06.2021
Məsim İsmayılov 24 may 1939-cu ildə, Gürcüstanın Bolnis rayonu, Kəpənəkçi kəndində anadan olmub. 1 sentyabr 1945-ci ildə həmin kəndin 8 illik məktəbinə 1-ci sinfə gedib. 1954-cü ildə 8 illik məktəbi bitirdikdən sonra Arıxlı kənd orta məktəbinin IX sinifində orta təhsilini davam etdirib.
1957-ci ildə Arıxlı kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Politexnik İnstitutunun avtomobil yolları fakültəsinə imtahan verib, lakin qəbul olmayıb.
1958-ci il Azərbaycan Dövlət Universitetinin fiziki fakültəsinə qəbul olub. 1964-cü ildə həmin fakültəni bitirərək doğma kəndinə qayıdıb və 1 saylı orta məktəbdə fizika fənni üzrə müəllim işləyib.
1968-ci ildə həmin kəndin gecə-gənclər orta məktəbi açılıb və Məsim müəllim həmi məktəbin direktoru təyin olunub.
1972-ci ildə onu 2 nömrəli məktəbin ibtidai siniflər üzrə direktor müavini vəzifəsinə köçürüblər.
1986-cı ildə 2 nömrəli orta məktəbə direktor vəzifəsini tutub.
1994-cü ildə öz xahişi ilə həmin vəzifədən azad edilib. Müəllimlik fəaliyyətini davam etdirərək 2019-cu ilə qədər həmin məktəbdə fizika fənnini tədris edib.
Əmək veteranı medalı ilə təltif olunub.
Üç uşaq atasıdır, İki oğlu, bir qızı, 9 nəvəsi, 9 nəticəsi var.