0504701716

0506133565

Keçmişimiz və bu günümüz
Yaylaq və qışlaqlar
|

Kəpənəkçinin Yaylaqları və Binələri

09.04.2021

Binələrimiz:

Kəpənəkçi camaatı Novruz bayramını qeyd edəndən sonra mal-qarasını, heyvanlarını “Dəmir su”ya, “Atayşı”ya, “Səngər”ə, “Çallar”a, “Göyəlli”yə, “Fal Daş”a, “Koroğlunun ətəyi”nə, “Almalı”ya, “Pırpıcana”, “Vələsli”yə, “Niqoy dağı”na, “Kirəcli bulağ”a, “Göllü su”ya, “Ballı bulağ”a, “Qoruq dərə”yə, “Cinli binə”yə, “Mollaoğlu”na, “Yal kalafa”ya, “Beş qardaş”a, “Cacıxlı dərə”yə, “Söyüdlü su”ya, “Oruc Məmməd”ə, “Sərcin dərə”yə, “Daşçıxan”a, “Qaratikan”a, “Bağ yeri” (Qaş məhlə ora düşürdü), “Lətifin dam yeri”nə, “Mustafaoğlunun dəyə yeri”nə, “Lemsə dərəsi”nə, “Qara dağ”a, “Cöyüzlü binə”yə, “Avdıllanın dam yeri”nə, “Port-Port”a, “Təzə binə”yə, “Tək Cöyüzlü”yə, “Saray Yeri”nə, “Telxaç”a və “Lök dağı”na aparır, binələr qurur, yayın istiləri düşənədək bu yerlərdə heyvandarlıqla məşğul olurdular.

 

Binələrimizdəki bu yerləri, bulaqları da, “Raskat”ı, “Koroğlu qalası”nı, “Tertik bulağı”nı, “Ursa bulağı”nı, “Şahverdi bulağı”nı, “Qarabulaq”ı, “İt körpüsü”nü, “Ballı bulaq”ı, “Ağ su”nu unutmaq olmaz. Bu gün də bu yerlər sadəcə toponilmər kimi deyil, xoş anlarımızın keçdiyi məkanlar kimi hər birimizin qəlbində yaşayır.

 

Yaylaqlarımız:

Sonra da yaylaq vaxtı gələndə elimiz əvvəllər “Dəli xaç” yaylağına, sonralar isə Sovet hökuməti tərəfindən dağ Borçalı Gürcüstandan alınaraq Ermənistana verildiyindən yeni yaylağa, “Qara xaç”a köçür, “Kotan arxı”ndan yuxarı yerlərdə - “Cılqı Düzü”ndə, “Sandıq bulaq”da, “Gur bulaq”da, “Saya bulaq”da, “Miroğlun təpəsi”ndə, “Qaranlıq Dərə”də, “Dibsiz göl”ün və “Keçi gölü”nün ətrafında alaçıqlar qurur və yayı beləcə başa vururdular.

 

Yaylaqlarımızdakı ən yadda qalan əraziləri, “Dəli dağ”ı, “Qoşa dağ”ı, “Orta qılıc”ı, “Əyri qar”ı, “Axçalı”nı, “Çataq (Çatal)”ı, “Xımı qalası”nı, “Buz bulaq”ı, “Yazılı bulaq”ı, “Sarf dərə”ni, “Göy bulaq”ı, “Ləpik qaya”nı bu gün də sevə-sevə xatırlayırıq.

 

Hazırladı: Namiq Veysəlov