08.06.2021
Musayev Tofiq Teymur oğlu 1989-cu ildə Qaradağ rayon Sahil qəsəbəsində anadan olmuşdur. 12 yaşında karate ilə məşğul olmağa başlamış və 23 yaşında peşəkar döyüş sənətində debüt etmişdir. 2007—2011 İdman Akademiyasını bitirmişdir. Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.
Tofiq Musayev Azərbaycan döyüş sənətləri idmançısıdır. Orion Fight Club-a aid idmançıdır.
“TurStat”ın hesablamalarına görə 2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına Həbib Nurməhəmmədov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Məhəmmədşərifov və Maqomed İsmayılov (Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan), Tofiq Musayev (Azərbaycan) və Loyk Rəcəbov (Tacikistan) daxil olublar.
Tofiq Musayev AZƏRBAYCANIN İLK UFC döyüşçüsüdür. RIZINFIGHTING WORLD GP 2019 - Yüngül çəki üzrə çempion olmuşdur.
Hazırda peşəkar idmançımızın hesabında 18 qələbə, 3 məğlubiyyəti var.