08.06.2021
Samir Novruz oğlu Süleymanov 13 avqust 1991-ci ildə Gürcüstanda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Kəpənəkçi kənd 1 saylı orta məktəbinin 2-ci sinifini bitirərək ailəsi ilə birgə Rusiyaya köçmüşdür. 1999-2007-ci illərdə ailəsi ilə birlikdə Rusiyada yaşamış və orta təhsilini orada davam etdirmişdir.
2007-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş və 284 saylı orta məktəbdə təhsilini rus bölməsində davam etdirmişdir. 2010-cu ildə orta məktəbi bitirmişdir.
2010-cu ildən əmək fəaliyyətinə başlamış və müxtəlif sahələrdə çalışmışdır. 2015-ci ildə Goethe İnstitunun tələbəsi olmuş və orada Alman dilini öyrənərək 2016-cı ildən etibarən Almaniyaya köçmüş və elə həmin ildən orada çalışmağa başlamışdır.
Samir bəy eyni zamanda da Almaniyada təhsilini davam etdirərək müxtəlif nailiyyətlər əldə etmişdir. Hal hazırda Almaniyanın ən böyuk və perspektivli şirkətlərindən birində Satış şöbəsinin müdir müavini işləyir.
Ailəlidir, 3 qız övladı var.